!Reklam

“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azalması ilə bağlıdır. Artıq bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşdi. Yeni qaydalara əsasən, tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb.

İnsan pis gündə, dar məqamda tanınar. Dost, dost deyirlər, amma dostun çətin günlərində yanında olmayandan, halına yanmayandan sonra hansı dostluqdan danışmaq olar. Amma çətin günlər yaşayan həmin adam dünyasını dəyişən kimi, dərhal “dostlar”, “qardaşlar”, “bacılar” peyda olur. Efirlərə çıxır, lirik-poetik “moda” girib həzin musiqilərin təsiri altında timsah göz yaşları axıdırlar. Yaxşı, bəs o sağ olanda hardaydınız? Niyə vaxtında sağalması üçün çaba göstərmirdiniz, qardaşlıq etmirdiniz? Bilirdiniz axı, xəstəliyinə çarə olunmasa, hər gün bir addım da ölümə yaxınlaşır.