Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ötən il Türkiyədə bələdiyyə seçkilərinin keçirilməsinə az bir vaxt qalanda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluya ən yaxın adamlardan biri olan İBB İdman Klubunun rəhbəri Fateh Keleş pulla dolu çamadanları yığarkən görüntülənmişdi. Görüntülərdə milyonlarla lirənin masanın üstündə bağlamalar halında olduğu, ətrafdakı insanlar tərəfindən çeşidlənərək etiketləndiyi və qara rəngli səyahət çamadanlarına qoyulduğu görünür.
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlılığın və keyfiyyətin artırılması məqsədilə 30 və 31 mart tarixlərində profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.
Aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 106 nəfər saxlanıldıqdan sonra Vətən prospektində yerləşən İstanbul Baş Polis İdarəsi və ətrafında fövqəladə vəziyyət elan edilib.