Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın pilotsuz uçuş aparatları (PUA) ilə Çernobıl Atom Elektrik Stansiyasına (ÇAES) hücum etdiyini iddia edib. Onun sözlərinə görə, hücum nəticəsində stansiyanın dağılmış 4-cü reaktorunu qoruyan qurğuya ziyan dəyib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev fevralın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə könüllü olaraq hərbi xidmətə daxil olmaq arzusunda olan vətəndaşlar üçün sənəd qəbulunun müddəti uzadılıb.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının seçmə mərhələsində Monteneqro yığmasına qarşı keçiriləcək oyun üçün heyəti müəyyənləşib.
Bir müddət əvvəl mediada İrandan olan tələbə qızların Azərbaycanda fahişəliklə məşğul olduğuna dair məlumat yayılmışdı. Məlumata görə, Azərbaycanda ali təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib. Bununla bağlı "MOUZE" teleqram kanalı şok faktlar əldə etmişdi.