Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarına əlavə veriləcək.
“Yeni prezidentlik dövründə Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq istiqamətində söz vermiş və seçkiqabağı kampaniyasında bu məsələyə xüsusi önəm vermişdi. Zaman keçdikcə, görürük ki, bu mövzuda müəyyən təmaslar həyata keçirilir. Əvvəlcə, danışıqları gizli saxlamağa çalışsalar da, mediada kifayət qədər geniş məlumat yayıldıqdan sonra onların məzmununu və mahiyyətini gizlətmək mümkün olmadı”.
Mil-Muğan Hidroqovşağı 1972-ci ildə Azərbaycan və İran İslam Respublikası tərəfindən Araz çayı üzərində tikilib istifadəyə verilib. Hidroqovşaq vasitəsilə hər iki tərəfdə 250 min hektara yaxın ərazi suvarma suyu ilə təmin edilir.
Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev sərbəst qalmaq istəyir.
Türkiyənin ən böyük neft emalı zavodu “Turkiye Petrol Rafinerileri” (Tupras) qiyməti G7-nin 60 dollar/barrel həddini keçəcəyi təqdirdə Rusiya neftinin alışını dayandıracaq.