Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin çox güman ki, bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına və ya Qələbənin 80-ci ildönümünə, yəni mayın 9-na qədər Ukraynada atəşkəsə nail olmağı planlaşdırır.
Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” (VM) fraksiyası Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı böyük vədlər verdiyi bir vaxtda, əslində, qurum da İrəvana qarşı saymazyana münasibət göstərir.
Amerika lideri Donald Tramp çox güman ki, səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatan Ukrayna prezidenti Volodimir Zelenskinin istefası təşəbbüsü ilə çıxış edəcək.
“Tanınmış təhsil ekspertlərinin dediyinə görə Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verir. Məsələn, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edib”.
Yaxud tarixi haqqımız və imperializmin erməni təəssübü
Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirmişdi: “Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, “yaşıl” enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir”.
Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID çətin günlərini yaşayır. Donald Tramp administrasiyası təşkilata əsl kabus yaşadır.