!Reklam

Suriyada yeni hökumətin qurulması ilə əsasən körfəz ölkələrinin siyasi kluarlarında müzakirə predmetinə çevrilən son mövzu “İhvan ül-Müslimin”in yenidən qayıdışı ilə bağlıdır. Yeni hökumətin “Cebhet'ün-Nusra” keçmişi, onların isə İhvan ideologiyasının bir parçası olması, Suriyada baş verən yenikiklərin bir sıra ərəb ölkələri tərəfindən bir qədər soyuq, hətta ehtiyatla qəbul edilməsinə səbəb oldu. “Ərəb baharı” ilə ard-arda bir sıra Yaxın Şərq ölkələrində əsmiş olan İhvan yelinin yenidən gündəmə gəlməsi həm Qərbi, həm də bölgə ölkələrini tərəddüdlər içində buraxmaqdadır. Amma bu tərəddüdlər də əsassız deyil...