Ötən il Azərbaycanda 78,9 milyardlıq nağdsız əməliyyatlar həyata keçirildi
Azərbaycanda istifadədə olan ödəniş kartlarının sayı 2020-ci ilin sonu ilə müqayisədə 107,9 faiz (2,1 dəfə) və ya 10 milyon 327 min 571 ədəd artaraq 20 milyona çatıb. Son bir ildə Azərbaycanda istifadədə olan bank kartlarının sayı 17,6 faiz və ya 2 milyon 973 min 578 ədəd artaraq 19 milyon 898 min 735 ədəd olub. Hər il sürətlə artan bank kartlarının sayı artıq əhalinin sayından 2 dəfəyə yaxın çoxdur.