“Banklar mənfi proseslərin qarşısını almaq üçün həmin əməliyyatları dondurmaq səlahiyyətinə malikdir”.
Bu fikirləri yüksək məbləğdə pul köçürmələri zamanı müvafiq dövlət qurumları tərəfindən araşdırma aparılmasına dair sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirən hüquqşünas Fariz Namazlı Yenicag.az-a açıqlamasında deyib.O, bildirib ki, banklar daxil olan şübhəli pul vəsaitinin mənbəyini yoxlamaq hüququna malikdir:
“Külli miqdarda pul köçürmələri zamanı bankın o vəsaitin mənbəyini araşdırması hallarına rast gəlməmişəm. Lakin bəzən şübhəli bank əməliyyatları baş verə bilər.
Bu halda isə banklar mənfi proseslərin qarşısını almaq üçün həmin əməliyyatları dondurmaq səlahiyyətinə malikdir.
Müvafiq qanunvericiliyə görə, bankın köçürmələr zamanı vəsaitin mənbəyini araşdırmaq hüququ var. Lakin bu tendensiyanı bütün hallara aid etmək düzgün olmaz”.
Nəsimi Ələsgərli