Pul üstündə cinayət – 18 yaşlı gənc 21 yaşlı həmyerlisini bıçaqladı

Şəmkir rayonunda gənc oğlan həmyerlisini bıçaqlayıb.

Yenicag.az xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi bıçaqlayıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Ə.Abdullayev isə saxlanılıb.

Hadisəyə tərəflər arasında pul üstə düşən mübahisə səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.