!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pullarını bu valyutada saxlayanlar qazandı

!Reklam – Yazi

1432011385_ddBiznesmenlər, sahibkarlar hətta ən az sərvəti olan sadə vətəndaşlar belə hazırda öz pullarını hansı valyutada saxlamağı düşünür. Manatın devalvasiyasında sonra milli valyutamıza olan inam bir qədər sarsılıb. Üstəlik də, ikinci devalvasiya haqqında söz-söhbətlərin getdiyi bir zamanda vətəndaşlar əmanətlərini manatda saxlamaqdan çəkinirlər. Ən etibarlı valyutanın izinə düşürlər.

Ümumiyyətlə dünyada ən etibarlı valyuta hansı olması həmişə maraq doğurur? Dollar, avro, manat yoxsa…

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov bildirir ki, hər bir ölkənin milli pul vahidinin arxasında həmin ölkənin iqtisadiyyatı, yəni, sözügedən ölkədə məhsul istehsalı həcmi durur.

“Daha dəqiq desək, ümumi daxili məhsul (ÜMD) istehsalının həcmi… Pulun dəyərini isə ölkəninin tədiyyə balansı – idxal və ixrac əməliyyatları müəyyən edir.Və beləliklə, ayrı-ayrı ölkələrin valyutaları arasında münasibəti də bütün bunlar tənzimləyir.Hazırda dünyada aparıcı valyuta ABŞ dolları sayılır. O sadə səbəbə ki, adı çəkilən ölkə dünyada 1 nömrəli iqtisadi gücə malikdir. ABŞ öz milli pul vahidini heç bir ölkəyə “zor gücünə” qəbul etdirmir. ABŞ dollarının arxasında sadəcə, dünyanın heç bir ölkəsinin milli valyutasının arxasında dayanmayan məhsul istehsalı həcmi durur.Beynəlxalq Valyuta Fondunun (BFV) hesablamalarına əsasən keçən il ABŞ-da 17419 milyard dollar həcmində ÜDM istehsal edilmişdir. Dünya Bankının (DB) məlumatında da bu rəqəm eynidir. Müqayisə üçün qeyd edək ki, dünyada ikinci ən böyük iqtisadiyyata malik Çində bu rəqəm BVF-nin hesablamasına görə, 17617 milyard, DB-nın məlumatında isə 18031 milyard ABŞ dolları həcmində olmuşdur. Rəqəmlərdən də görünür ki, 2014-cü il ərzində Çin cüzi fərqlə ABŞ-ı keçmişdir. Lakin bu, hələ heç nəyi diqtə etmir. Amerika iqtisadiyyatı yüksək səviyyədə rəqabətqabiliyyətlidir. Və Çin iqtisadiyyatı onu qısa müddətə keçə bilməz”. –deyə ekspert bildirib.

503845

Pərviz Heydərov hələ uzun illər dolların hökmranlıq edəcəyini qeyd edir.

“ ABŞ dünya üzrə istehsal olunan ÜDM-in az qala 30 %-ni verir. Qlobal ticarət dövriyyəsində amerika istehsalına məxsus məhsullar həlledici rol oynayır. Və müşahidələr deməyə əsas verir ki, bu vəziyyət hələ azı 2030-cu ildən sonrayadək davam edəcək. Odur ki, dolların hegemonluğu qaçılmaz olaraq qalacaq”.

Kamran Ədalətoğlu

Yenicag.az

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv