Bir vaxtlar Eldar Mahmudovun krışalığı, Ermənistanla narkotik ticarəti, iri həcmli pul, obyekt və s. dələduzluqları ilə böyük pullar əldə etmiş olan İlham Qasımov öz vəkilləri və bəzi ailə üzvləri vasitəsi ilə Kürdəxanı sançastından bir sıra məmurlara mesajlar göndərməkdə, Gülağa Tənha adlı milyonçunu şantaj etməkdədir. Əslində özünün əlaqəsi olmuş olduğunu gizlədərək və Sahil-D Kompani MMC ərazisində yerləşən binalardan birinin birinci mərtəbəsində Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına böyük həcmli bir obyekt hədiyyə etdiyini ört-basdır edən İlham Qasımov hal-hazırda başqalarını Mahmudovla əməkdaşlıqda günahlandırmaqdadır.
Bu məqsədlə İlham Qasımovun vəkilləri həm öz adları və həm də həbsdə olan Qasımov adından çəkinmədən mediaya bir sıra açıqlamalar verib və şər, böhtan və s. bəd əməllərlə dolu ifadələrlə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi kimi dövlət strukturlarının yüksək vəzifəli məmurlarını şərləməyə çalışmaqdadırlar. Bunun üçün vəkilləri bir günlər azadlıqda olarkən vətəndaşlarımıza qan udduran və heç kimi saymayan İlham Qasımovu yazıq və xəstə bir insan kimi göstərməkdən belə çəkinmirlər.
İlham Qasımovun vəkilləri konstitusiyamızdan maddələri özlərinə sübut kimi mediada istifadə edir və ölkə başçısı Zati-aliləri cənab İlham Əliyevi sahibkarlara qayğı göstərməməkdə ittiham edirlər. Özü də əgər nəzər yetirsək görərik ki, onun müdafiəsi ilə köhnə MTN tabeçiliyində olanlar və ya Əli Kərimlinin tərəfdarları məşğul olur.
Özü Sahil-D Kompani MMC adıyla tikdirdiyi binalarda müxtəlif məmurları pulla və ya rüşvətlə ələ almağa çalışmış, amma hal-hazırda onun vəkilləri çıxıb mediaya açıqlama edir ki, guya Qasımovu Gülağa Tənha kimi xeyriyyəçi bir insan şərləyib. Gülağa Qasımovun vətəni, cənab Prezident və onun ailəsi uğrunda etmiş olduğu xeyriyyə işlərinin heç olmasa yarısını belə etmiş olsaydı yenə bu Qasımov!!!…
İlham Qasımov kimiləri bilməlidir ki, ölkəmizdə hüquq mühafizə orqanlarına nəzarət nə səviyyədədir və Prezident Administrasiyasında bu orqanların fəaliyyətinə əməlli başlı nəzarət vardır. Belə olduğu halda bu strukturlarda İlham Qasımova satılmış, ona dəstək verən və rüşvətxor məmurlar olsa belə zamanla onlar ifşa ediləcək və işlərindən kənarlaşdırılacaqdır.
Real MTK, Sahil-D MMC və s. tikintilərdə vətəndaşlarımıza və sahibkarlara qarşı dələduzluqlar və cinayətlər etmiş İlham Qasımov bəlkə də satın aldığı bəzi məmurlara güvənərək düşünürdü ki, onun bu addımlarının bir sonu olmayacaqdır. Əlbəttə “meşə çaqqalsız olmaz” və ölkəmizdə də İlham Qasımov kimi dələduz sahibkarlara satılmış məmurlar vardır. Amma bugün artıq onların səsi gəlmir, çünki öz ortaqları Eldar Mahmudovla birgə himayə etdikləri İlham Qasımov artıq həbsdədir. Amma bu məmurlar İlham Qasımov kimi olduğu hər yerdə insanları şərləyən, onlara böhtan atan birisinin bir gün onları da bada verəcəyini bilməlidirlər. Görüşdüyü hər insana “mən polisə də, prokuraturaya da çemodanlarla pul vermişəm və buna görə də heç kimi saymıram və gedin kimə nə şikayət edirsiz edin” deyən Qasımov bilməliydi ki, əgər o bu addımlarla bəzi məmurları satın almağı bacarıbsa da belə yenə də bu ölkənin satılmayan, vüqarlı, vətəninə sadiq olan övladları vardır, hansılar kı daim zalımın və dələduzun qarşısında, xalqın isə yanındadır.
Başlatdığı hər yaşayış tikinti obyektində dövlət strukturlarının əksəriyyətində orta və yüksək vəzifədə çalışan bir sıra məmurlara və ya onların qohumlarına pulsuz evlər bağışlamış və bunun müqabilində isə onların vətəndaşlarımızın aldadılmasına göz yummasına nail olmuşdur. Ölkə başçısı Zati-aliləri cənab İlham Əliyevin də son müşavirəsində qeyd etdiyi kimi ölkə rəhbərliyi hansı məmurun hansı yollarla nəyi əldə etdiyini yaxşı bilir və tezliklə bütün korrupsiya və rüşvətxorluğa qurşanmış məmurların sonu çatacaqdır.
Nəsirxan ƏLİYEV, Xüsusi olaraq, Yenicag.az üçün