Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pullu yollar sürücülərə nə qazandıracaq? - "Məbləğ əlçatan olmalıdır" / Ekspert

“Pullu yollar üçün təyin olunan məbləğ sürüclərin cibinə uyğun olmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanda pullu yolların yaradılmasının mümkün təsirlərini dəyərləndirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

Ekspertə görə, pullu yolların yaradılmasında Türkiyə ilə əməkdaşlığın nəzərdə tutulması çox yaxşı haldır:

“Azərbaycanda bəzi yerli şirkətlər hansısa məmurun əlinin altındadır və iş keyfiyyəti çox aşağı səviyyədədir. Tenderdə qalib gələn şirkətdə işi görən və pulu ayıran məmurun özü olduğuna görə, işdə nöqsan da tutmur. Dövlət qurumu işi təhvil alanda olduğu kimi qəbul edir. Üç ildən sonra yol dağılmağa başlayır və keyfiyyətsiz işin nəticəsi özünü göstərir. Ümumiyyətlə, respublika əhəmiyyətli və şəhərdaxili yolların müstəqil özəl şirkətlərə verilməsi məqsədəuyğundur. Elə şirkətlərimiz var ki, Qazaxıstan, Rusiya, Gürcüstan və digər xarici ölkələrdə çox böyük işlər görürlər. Lakin ölkəmizdə məmurlar bu şirkətləri sıxışdırırlar. Qeyd olunan müstəqil özəl şirkətlər yolları çəkərsə, işdə olan nöqsanlar rahatlıqla dilə gətirilə bilər. Çünki şirkət öhdəsinə götürdüyü işə görə 20-30 illik zəmanət verir. Dövlət qurumunun çəkdiyi yol dağılanda isə yenidən tender elan olunur. Beləliklə, dövlət büdcəsinin pulu yeyilir. Bu tendensiyanı nəzərə alsaq, pullu yolların yaradılmasının Türkiyə şirkətlərinə həvalə edilməsi doğru yanaşmadır”.

Elməddin Muradlı qeyd edib ki, pullu yolların alternativi də çəkilməlidir və bu yolların da keyfiyyətinin yaxşı olmasına diqqət edilməlidir:

“Pullu yolların fərqi ondadır ki, burada sürət həddi bir qədər artıqdır və yol şəhərlərin, kəndlərin içərisindən keçmir. Yəni, pullu yolda kəsişən, birləşən nöqtələr və dairə yoxdur. Sürücünün qarşısını kəsən maneə olmadığına görə, mənzil başına daha tez çatır. Eyni zamanda sürücünün qət etdiyi yol az olur. Məsələn, Bakı-Ələt-Astara yolu sürücü üçün təxminən 20 kilometr qənaət deməkdir. Məntiqlə düşünsək, pulu yollardan istifadə etmək məsafə və vaxt baxımından sürücülər üçün daha əlverişlidir. Sadəcə olaraq pullu yol üçün təyin olunan məbləğ sürücülər üçün əlçatan olmalıdır”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planına əsasən, ödənişli avtomobil yolları və müasir ödəniş sistemi yaradılacaq. Sənədə əsasən, fəaliyyətin icrasını Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Türkiyə tərəfdən isə Nəqliyyat və İnfrastruktur Nazirliyi həyata keçirəcək. Qonşu Rusiya, İran, Türkiyədə, eyni zamanda Avropada ödənişli yol və körpülərdən istifadə olunur.

Gülşən Şərif

www.yenicag.az

474
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100