Pulsuz Wi-Fi-ya necə qoşulmaq olar?

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Baktelecom paytaxtın bir sıra ərazilərində pulsuz Wi-Fi istifadəyə verib.

Bəzən istifadəçilər sistemə daxil olmaqda çətinlik çəkir.

Pulsuz internetə qoşulma qaydaları ilə bağlı ətraflı məlumat:

  1. Cihazınızda Wi-Fi  siyahısından Baktelecom-u seçin;
  2. +994 xanasına mobil nömrənizi yazın və “Next” düyməsini aktivləşdirin;
  3. Daxil olan SMS-lə şifrəni “Enter code” xanasına daxil edib, “Next” düyməsini sıxın;
  4. Yeni açılan pəncərədə “Connect” düyməsinə vuraraq internetə qoşulun;

Qeyd: Əgər sistem sizi avtomatik olaraq giriş səhifəsinə yönləndirmirsə, bu zaman:

1. Portativ cihazınızın yaddaşında qalan Baktelecom şəbəkəsini unutmaq əmrini icra edin və bundan sonra şəbəkəyə yenidən qoşulun;

2. Cihazınızda brauzer sistemini açın;