www.sinerjipro.net

SinerjiProWide
Reklam

qrantÖlkənin 2017-ci il büdcəsində QHT-lərə Dövlət Dəstəyi Şurası üçün nəzərdə tutulan vəsaitin azaldılması xarici donorların yenidən fəallaşacağı ehtimalını artırıb.

Yeniçağ.Az xəbər verir ki, gələn ilin dövlət büdcəsində QHT Şurasına ayrılan vəsaitin həcmi 1,5 milyon manat azaldılaraq, 2016-cı ildəki 6,5 milyon manat həddindən 5 milyona endirilib. 2007-ci ilin dekabrında dövlət başçısının Fərmanı ilə yaradılmış QHT Şurasının həmin tarixdən sonra keçirdiyi çoxsaylı qrant müsabiqələrinin nəticələri yerli ictimai təşkilatlar tərəfindən birmənalı qarşılanmır. Layihələri sözügedən qurumdan müsbət rəy almayan və maliyyələşmədən kənarda qalan təşkilatlar QHT Şurasını ayrıseçkilikdə günahlandırsalar da, bu ittihamlar əsassız sayılaraq, inkar edilib. Şura rəhbərliyi müsabiqələrə təqdim olunan layihələrin dəstəklənməsində peşəkarlıq meyarını əsas götürdüyünü bəyan etsə də, narazı QHT-lərin etirazları heç vaxt səngiməyib. İndi QHT Şurasına ayrılan büdcə vəsaitinin azaldılmasından sonra layihələrin maliyyələşdirilməsində məcburi “kəmərsıxma”nın olacağı qaçılmazdır. Bu isə ictimai sektordakı narazıların sırasının genişlənəcəyini söyləməyə əsas yaradır. Belə bir vəziyyətdə milli QHT-lərin nəzərlərini yenidən xarici donorlara tərəf çevirmək ehtimalı xeyli artır. Azərbaycanda fəaliyyət göstərən, ümumiyyətlə, yerli QHT-lərlə işləmək təcrübəsi olan beynəlxalq təşkilatların əksəriyyətinin hansı şərtlər və istiqamətlər üzrə əməkdaşlıq təklif etdiyi məlumdur. Müxtəlif ölkələrin hakimiyyət və ya xüsusi xidmətləri ilə bağlılığı olan xarici donorların maliyyə dəstəyi verdikləri qurumları, yaxud da fərdləri öz maraqlarına uyğun fəaliyyətə sövq etdikləri yeni məsələ deyil.

Mövzu ilə bağlı Yeniçağ.Az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, QHT Şurasına ayrılan büdcə vəsaiti azalsa da, qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün əlavə mənbələr mövcuddur:

Əliməmməd Nuriyev ile ilgili görsel sonucu“QHT-lərə Dövlət Dəstəyi Şurasına gələn il üçün ayrılan vəsaitin1,5 milyon manat azaldılması təşkilatların layihələrinin maliyyələşdirilməsinə mənfi təsir göstərəcək. Bildiyiniz kimi, onsuz da il ərzində Şuraya göndərilən layihələrin ümumi dəyəri 15-20 milyon manat təşkil edirdi. Yəni Şuranın layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutduğu büdcə 5 milyon manatdan bir qədər çox olsa da, gələn layihələrin dəyəri bundan 3-4 dəfə çox olurdu. Bu halda isə bütün layihələrə maliyyə dəstəyi verilməsi təbii ki, mümkün deyil və yenə də narazı qalanların olacağı təbiidir. Ancaq nəzərə alınmalıdır ki, ölkədə donor kimi fəaliyyət göstərən başqa qurumlar da var. Eyni zamanda, nazirliklər də artıq müxtəlif layihələrin maliyyələşdirilməsində iştirak edirlər. Yəni milli donor mənbələri artıb.

Bildiyiniz ki, dövlət başçısının sərəncamı ilə xarici qrantlar üçün “vahid pəncərə” sistemi tətbiq olunub və bu addım yerli QHT-lərin xaricdən vəsait cəlb etmələrini, sənədləşmənin aparılmasını xeyli sadələşdirib. Bununla belə, müxtəlif xarici donorların bəzi layihələri qeyri-leqal qaydada maliyyələşdirdiklərinə dair məlumatlar da yayılır. Məlumdur ki, xarici qurumların əksəriyyətinin Azərbaycanda maliyyələşdirdikləri layihələr ölkənin reallığına deyil, onların maraqlarına uyğun məsələləri əhatə edir. Yəni onlar Azərbaycan üçün obyektiv olaraq, faydalı və zəruri sayılan sahələrə dair layihələri maliyyələşdirmirlər. Təəssüf ki, bir sıra yerli təşkilatlar da onların prioritetini özləri üçün əsas götürürlər. Ancaq dediyim kimi, fikrimcə, milli donor mənbələrinin artması yerli QHT-lərin kütləvi surətdə xarici qurumlarla işbirliyinə can atmalarına imkan verməyəcək”.

A. Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."