Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Pulun var, neftin var, dinc dayan!” - Ərdoğan

“Kim sənin müstəqilliyini qəbul edəcək? Otur yerində! Pulun var, neftin var, dinc dayan”.

Yenicag.az  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polis Akademiyasının buraxılış mərasimində deyib. Onun sözlərinə görə, hər halda Məsud Bərzaniyə qarşı ciddi təşviqlər olub ki, o bu addımı atıb:

“Bərzani özünü oda atıb. 350 km sərhədin var bizimlə. Bizimlə müzakirə etdin mi? İranla bu barədə müzakirə apardınmı? Biz sonuna qədər xəbərdarlıq edərək vəzifəmizi yerinə yetirəcəyik”.

Daha sonra prezident akademiyaya təşkil edilən hücumu xatırladıb və şəhidlərdən bəhs edib:

“F-16-lar havada uçur, elə bilirsiniz asan işdi? 250 şəhid verdik, 2193 qazimiz oldu. O sevgi olmasa belə olardı? Bu sevgi, bu inam çox önəmlidir. Sizlərin yetişdiyi o mərkəzdə 53 şəhidimiz var. Xaincə gəldilər, ən vacib mərkəz buradır deyərək vurdular! İndi biz bütün bunların hesabın soruşmayaq? Türkiyə dost və qardaşlarıyla birlikdə çox böyük ölkədir!”.

Ərdoğan qeyd edib ki, Suriya və İraqda yaşanan hadisələri, bu ölkələr üzərində aparılan oyunları Türkiyə görməzdən gələ bilməz:

“Biz həm öz hədəflərimizə bağlı qalaraq, həm də qardaşlarımıza sahib çıxaraq fərqli yoldan gedirik”.

 

www.yenicag.az

1682
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM