!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pulunu ala bilməyən əcnəbi voleybolçu Azərbaycanı tərk etdi

!Reklam – Yazi

04_voleybol-cev-kubok-azeryol-1Ötən il Bakının “Azəryol” voleybol klubuna transfer olunan amerikalı voleybolçu Janell Saykis Azərbaycanı tərk edib.

İkiillik müqaviləsinin bitməsinə 1 il qalmış komandadan gedən idmançı bundan sonra karyerasını Belçikanın “Mihelbeke” klubunda davam etdirəcək.

Yenicag.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, onun klubdan getmə səbəbi müqaviləsində göstərilən maaşı vaxtlı-vaxtında ala bilməməsi olub.

Belə ki, klubun amerikalı blokçuya 7 aylıq maaş borcu qalıb. Voleybolçu Bakıya gəldiyi müddətdən bu yana cəmi 5 ayın maaşını ala bilib. İl sonuna qədər gözləyən Saykis 500 min manata yaxın pulunu ala bilməyəcəyini anlayaraq klubu tərk edib.

 

Aygün İlqarqızı

Yenicag.Az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv