Rusiyanın məşhur müğənnisi Alla Puqaçova xarici agent kimi tanına bilər.
Yenicag.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Sergey Solovyov açıqlama verib.
O bildirib ki, Puqaçova hüquqi əsaslar olduğu halda “xarici agent” kimi tanına bilər, lakin bu məsələ ilə bağlı qərarın verilmə vaxtı barədə danışmaq hələ tezdir.