Püşk atıldı – İtaliya İsveçə rəqib oldu

DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Yenicag.az xəbər verir ki, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək göstəriciyə malik 8 yığma 4 vəsiqə uğrunda mübarizədəki son rəqibini tanıyıb.

Bu gün İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada həmin komandalar aşağıdakı cütlüklərə bölünüblər:

Şimali İrlandiya – İsveçrə
Xorvatiya – Yunanıstan
Danimarka – İrlandiya
İsveç – İtaliya

Qeyd edək ki, pley-offun ilk oyunları noyabrın 9-11-də, cavab qarşılaşmaları ayın 12-14-də keçiriləcək.

COP29