!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Püşk atıldı - Millimiz Fransa ilə eyni qrupda

!Reklam – Yazi

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Yenicag.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan püşkatmaya əsasən, millimiz Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn kollektivləri ilə birgə 2-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz arasında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.

Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.

www.yenicag.az

6543
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv