“Püşk “Qarabağ”ın üzünə gülmədi” – Vladimir Besçastnıx

Rusiya millisinin sabiq üzvü, bir vaxtlar Moskva “Spartak”ının şərəfini qorumuş Vladimir Besçastnıx Çempionlar Liqasının qrup mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb.

Yenicag.az xəbər verir ki, “Tosno”nun çalışdırıcısı sabiq klubu “Spartak”ın ÇL şanslarını dəyərləndirərkən, Moskva təmsilçisinin qrupdan çıxmağa borclu olduğunu deyib. Bundan başqa 43 yaşlı mütəxəssis ən bəxtsiz komandası kimi “Qarabağ”ı göstərib.

“Püşk kimin üzünə gülmədi? Birmənalı şəkildə “Qarabağ”ın! “Çelsi”, “Atletiko” və “Roma” ilə matçlarda şansları yoxdu. “Spartak” isə rəqiblərini məğlub etməyə borcludur”, deyə o, bildirib.

Yenicag.az