Puşkini dueldə öldürən şəxsin fotosu 5200 dollara satıldı – FOTO

Rus şairi Aleksandr Puşkini dueldə öldürən Jorj Dantesin fotosu 5200 dollara hərracda satılıb.

Bu barədə “Ədəbiyyat fondu” hərracının mətbuat xidməti məlumat yayıb.

“XIX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri” adlı hərracda ümumilikdə 230-dan çox nadir fotoşəkil təqdim olunub. Hərrac iştirakçıları əksər lotların ilkin dəyərini artırıblar.

Dantesin portretinin qiyməti üç dəfədən çox artırılıb. Şəklin ilkin qiyməti 1400 min dollar olub.

1837-ci ildəki dueldən sonra Dantes Rusiyanı tərk edərək Fransaya gedib və burada siyasi karyera qurub. Foto 1865-ci ildə Parisdə çəkilib./Oxu.az/