Putin 3 ildən sonra Ermənistana gedir

Gələn həftə, noyabrın 22-də Ermənistanın strateji müttəfiqi olan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistana səfəri planlaşdırılır.

Yenicag.az xəbər verir ki, Ermənistandakı anti-Rusiya qrupları, xüsusən də Milli Demokratik Qütb Putinin gəlişi münasibətilə etiraz aksiyaları təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, Putin Ermənistana sonuncu dəfə 2019-cu ildə İranın keçmiş prezidenti Ruhaninin də qatıldığı Aİİ sammiti çərçivəsində səfər edib./Bakupost.az/