Putin 7 rayonu qaytarır-Şok iddia

1190Rusiya Qarabağ məsələsini Birləşmiş Ştatların iştirakı olmadan həll etmək istəyir.

Bu, Rusiya prezidentinin etibarlı şəxsi, Rusiya Federasiyasının İctimai Palatasının üzvü, siyasi analitik Sergey Markovun Bakıda keçirdiyi mətbuat konfransında dediklərindən anlaşılıb.

Markov Rusiyanın Ermənistanla Azərbaycan arasında əldə ediləcək böyük tarixi güzəştdə oynayadəğı roldan danışıb və bunun ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olacağını ehtimal edib. “Bu təşkilatın fəaliyyətində Amerika maraqları boğaza qədərdir”, – deyə rusiyalı politoloq vurğulayır.

Markovun dediyindən belə başa düşülür ki, Rusiya Qarabağ məsələsində Azərbaycana indiyə kimi heç zaman edilməmiş güzəştlə müraciət edəcək. “Azərbaycan – Rusiya münasibətləri hazırda ən yaxşı dövrünü yaşayır. Qarabağ münaqişəsində müvəqqəti tarixi güzəşt üçün əsas yaranıb. Hazırda durum prinsipcə fərqlidir. Azərbaycan ordusu güclüdür, ölkənin iqtisadiyyatı güclənib. Erməni cəmiyyəti Qarabağ münaqişəsinin yaratğı blokdadan yorulub. Ermənistan Qarabağ ətrafında yeddi rayonu azad etməklə blokdadan çıxır, cəbhə xəttində gərginlik aşağı düşür. Əminəm ki, artıq bu istiqamətdə danışıqlar gedir”, – deyə Markov vurğulayır.

Göründüyü kimi, Rusiya Qarabağ məsələsində Azərbaycana böyük güzəştlər vəd edir və bu, ATƏT-in Minsk qrupunun çərçivəsində Moskvanın ən böyük rəqibi olan Ağ Evi də hərəkətə keçirib. Görünür, ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri də məhz bununla bağlıdır. Postsovet məkanının çox yaxşı tanıyan xanım siyasətçi, böyük ehtimalla, münaqişənin həlli məsələsində Rusiyanı arxa plana atmaq üçün Azərbaycana daha güzəştli təkliflər etməlidir.

(anspress.com)