Reklam: High Technic
hightechnic

Putin Ankarada rəsmi səfərdədir

Rusiya prezidenti Vladimir Putin seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyənin paytaxtı Ankaraya edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bir neçə dəqiqə əvvəl Ankaraya gəlib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Külliyədə görüşəcək. İki lider Mersin vilayətində “Ağ quyu” nüvə stansiyasının açılışına telekonfrans vasitəsilə qoşulacaq.

Axşam saatlarında isə Ərdoğan və Putin Türkiyə-Rusiya əməkdaşlıq iclasına qatılacaqlar.

Qeyd edək ki, sabah Türkiyə, Rusiya və İran prezidentləri Suriya məsələsini müzakirə etmək üçün toplanacaqlar.

www.yenicag.az

1907