!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Azərbaycana görə məmurları danladı

!Reklam – Yazi

150619123740_putin_forum_624x351_reutersRusiya prezidenti Vladimir Putin Nijniy Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib.

Yenicag.az “Kommersant”a istinadən xəbər verir ki, iclasda ölkənin silah ixracı və istehsalı ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd olunub ki, hazırda Rusiya hərbi sursat və texnikası 88 ölkəyə ixrac olunur, onlardan 57-si daimi müştərilərdir. Rusiyadan ən çox hərbi sursat və texnika idxal edən ölkə Hindistandır. Bu ölkə Rusiyadan “SU-30MKİ” qırıcıları, “T-90C” tankları alır, “MiQ-29” qırıcılarını modernləşdirir və bir sıra birgə hərbi layihələrdə iştirak edir.

İclasda çıxış edən Putin bildirib ki, 2015-ci ildə Rusiya 14.5 milyard dollarlıq silah ixrac edib. Sifarişlər portfeli isə 1992-ci ildən sonra rekord həddə – 52 milyard dollara çatıb.

MDB ölkələrindən yeni sifarişlərin daxil olduğunu deyən Putin Azərbaycanla 2011-ci ildə imzalanmış müqavilədən danışıb.

Qeyd edək ki, həmin müqaviləyə əsasən Azərbaycan Rusiyadan “T-90S” tankları, “BMP-3” piyada döyüş maşınları, 18 ədəd “TOS-1A” (600 milyon dollar) “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.

Rusiyanın dövlət başçısı iclasda Azərbaycanla bağlı yaranan problemlərdən söz açıb. Putin konkret olaraq Azərbaycana “BTR-82A” zirehli transportyorlarının göndərilməsində yaranan texniki problemlərə toxunaraq, bununla bağlı məmurlara iradlarını bildirib. Putin bu istiqamətdə ciddi tapşırıqlar verib.

Lakin nəşr Putinin bu məsələdə nədən narazı qaldığını konkret bildirməyib.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv