Putin Azərbaycanla bağlı sensasion bəyanatla çıxış etdi

Ötən gün Rusiya Prezidenti Vladimir Putin hərbi komandirlərlə görüşündə Azərbaycandakı daxili siyasi vəziyyətlə bağlı sensasion bəyanatla çıxış edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, rusiyalı jurnalist və blogerlərin Qərblə qarşıdurmanın mahiyyəti ilə bağlı sualını cavablandıran Rusiya lideri belə cavab verib:

“Qərb tərəfdaşlarımıza – mən onları hər zaman belə adlandırırdım – hər şeyi təklif etdik. Hesab edirdik ki, biz özümüzük, burjuayıq, bu sivil adlanan xalqların ailəsində olmaq istəyirik. Mən də bunu NATO-ya təklif etdim, “gəlin, bu ehtimalı nəzərdən keçirək” dedim. Amma bizi hesaba almadılar”.

Onun fikrincə, bu, məsələn, Azərbaycan ərazisində baş verməli idi. Lakin bunun əvəzinə tərəfdaşlar Rusiyanı silkələməyə üstünlük verdilər:

“Biz artıq NATO-nun genişlənməyəcəyi ilə bağlı razılığa gəlmişdik. Hər şey təklif etdik! Yox. Niyə? Çünki bu (Rusiya-red.) sadəcə olaraq, çox böyük bir ölkədir: Avropada belə bir ölkəyə, bu qədər böyük potensiala ehtiyac yoxdur. Və tədricən bizi hamı parçalamağa çalışır!”

COP29