Sabah Vladimir Putin Rusiyada fəaliyyət göstərən biznesmenlərlə görüş keçirəcək.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, sabahkı görüşdə Rusiyadakı şirkətlərin hazırda mövcud olan problemləri müzakirə ediləcək.
“Bu əslində ənənəvi görüşdür. Ölkə iqtisadiyyatında önəmli rol oynayan iş adamları ilə müzakirələr aparılacaq”, deyə Peskov bildirib.
Rusiya mətbuatı yazır ki, görüşün əsas məqsədi rublun dəyərinin düşməsindən sonra Putinin biznesmenlərlə ciddi şəkildə danışıqların aparılmasıdır.
Qeyd edək ki, Putin bu gün keçirdiyi mətbuat konfransında iş adamları ilə görüşəcəyini demişdi. (anspress.com)