Putin Bakıya mayın sonlarında gələcək

скачанные файлы (1)Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfərə gələcək.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.

Qeyd edilib ki, səfər may ayının sonlarında baş tutacaq. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

“Çox güman ki, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq”, – mənbə bildirib.

Putinin İrəvanada gedəcəyi istisna deyil.