Rusiya prezidenti xarici kəşfiyyat orqanlarının ölkəsinə qarşı fəaliyyətinin gücləndiyini deyib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin xarici xüsusi xidmət orqanlarının bütün istiqamətlərdə fəallaşdıqlarını bildirib.
Putinin sözlərinə görə, burada məqsəd Rusiya haqqında mühüm məlumatları əldə edərək, ölkəni sarsıtmaqdır:
“Bütün gücləri ilə çalışırlar ki, Rusiyanın siyasi, iqtisadi, elmi-texniki məlumatlarına çıxış imkanı qazansınlar”.
Prezident bildirib ki, son dövrlərdə Rusiyaya qarşı işləyən 129 peşəkar xəfiyyənin və 465 casusun fəaliyyəti ifşa olunub.