Putin bələdiyyə seçkilərinə onlayn şəkildə qatıldı

Rusiya prezidenti Vladimir Putin Moskvada bələdiyyə seçkilərində onlayn səs verib. 

Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Putinin səsini elektron şəkildə verdiyi ilk deyil – o, keçən il “COVID-19″ infeksiyası səbəbindən özünü təcrid edən zaman uzaqdan səsvermədən istifadə edib”, – məlumatda deyilir.

Qeyd edək ki, Moskvada bələdiyyə deputatlarının seçkiləri sentyabrın 9-da başlayıb və bazar günü sentyabrın 11-dək davam edəcək.