“Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinin 17 ikitərəfli görüşü nəzərdə tutulub”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov yerli KİV-ə açıqlamasında deyib.
“Hazırda 17 ikitərəfli görüş nəzərdə tutulur, bu sayı arta bilər, olacağı da göz qabağındadır”, – deyə o vurğulayıb.
Uşakov aydınlaşdırıb ki, sammitdə 36 ölkədən 36 nümayəndə heyəti, həmçinin altı regional humanitar təşkilat iştirak edir./unikal