Rusiya Prezidenti Vladimir Putinin ənənəvi geniş mətbuat konfransı və “Birbaşa xətt” birləşdirilmiş formatda dekabrın 19-da keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O izah edib ki, birbaşa xəttlə eyni vaxtda prezidentin illik geniş mətbuat konfransı keçiriləcək və bu konfransa xarici media da dəvət olunacaq.