Putin “cavabsız qoymayacağıq” dedi

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və Avropa Kiyevə Rusiyanın dərinliklərinə Qərb raketləri ilə zərbələr endirməsinə icazə vermələrini cavabsız qoymayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.

“Rusiya rəsmiləri yenə “qırmızı çizgilər”dən danışırlar. Ancaq Putin və onun ətrafı bu dəfə nisbətən ehtiyatlı açıqlamalar verməyə çalışır, Qərb ölkələrini nüvə silahıyla təhdid etmirlər. Bütün hallarda Putin özünün və ölkəsinin imicini qorumaq üçün Rusiya ərazisinə atılan Qərb raketlərinə qarşı nəsə etməlidir. Rusiya müstəqilliyini qazandıqdan bu yana nüvə sınaqları keçirməyib. Putin müstəqllik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər. Kreml nüvə sınaqları vasitəsilə Qərbi Ukraynaya hərbi dəstəyi artırmaqdan çəkindirməyə çalışacaq. Bundan başqa Putinin əmri ilə Ukrayna infrasturkturlarına raket zərbələrinin sayı artırılacaq. Məqsəd qış aylarında Ukrayna vətəndaşlarının elektrik və istilikdən istifadələrini məhdudlaşdırmaqdır. Putin yaxın keçmişdə olduğu kimi, ABŞ və Avropa ölkələrinə kiberhücumların sayının artırılmasını da əmr edə bilər.

Buna baxmayaraq, Kremlin cavab tədbirləri Rusiyanın Ukrayna müharibəsində qələbəsini təmin etməyəcək”, – o bildirib.

Ekspertin fikrincə, Vaşinqtonun Ukraynaya Rusiya ərazilərinə ABŞ raketləri ilə zərbələr endirməsinə icazə qərarını İranın Rusiyaya ballistik raketlər verməsi sürətləndirdi:

“Mövcud qarşıdurmanın dayandırılmasının tək yolu var: Putin ordusuna Ukrayna ərazisinə hücumu dayandırmağı əmr etməlidir. Kreml sahibi isə hələ belə əmr verməyə hazır deyil”.

COP29