Putin Dağlıq Qarabağla bağlı müşavirə keçirdi – “Bu bizim üçün vacibdir”

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiya Federasiyasının daxili təhlükəsizliyi üçün əhəmiyyətindən danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə V.Putin Rusiyanın Dağlıq Qarabağda sülhməramlı missiyası ilə bağlı müşavirədə deyib.

Rusiya dövlət başçısı bildirib ki, ölkəsi üçün bu tip münaqişələr və onların həlli xüsusi əhəmiyyət kəsb edir:

“Rusiyada milyonlarla erməni və azərbaycanlının yaşadığını nəzərə alaraq bunlar bizim üçün boş sözlər deyil”.

V.Putin Rusiyanın Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələrə malik olduğunu qeyd edib:

“Bunun bizim üçün daxili siyasi ölçüsü də var və daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından böyük maraq doğurur”