Putin dostlarından gileyləndi: “Mənə deyirlər ki, sən vaksin vurdur, biz də vurduraq”

Rusiya prezidenti Vladimir Putin dostlarının COVID-19 əleyhinə peyvənd olunmaq istəmədiklərindən narazılığını bildirib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, Putin bu barədə Nazirlər Kabinetinin müşavirəsində danışıb.

Putin müşavirədəki çıxışında dostları ilə peyvəndləşmə haqda söhbətlərindən də bəhs edib:

“Yaxın adamlardan, tələbə yoldaşlarımdan soruşuram ki, peyvənd vurdurmusunuz? Cavab verirlər: “Sən özün vurdurubsan?”

– Hələ yox.

– Onda gözləyəcəm, sən də vurdurasan.

Yaxşı, mən peyvənd olundum. Soruşuram:

– Peyvənd olundun?

– Yox.

– Niyə?

– Bilmirəm, gözləyək, görək necə olur.

Mən anlamıram, nə baş verir”.