!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Putin: “Dünyadakı gərginliyi yalnız müasir çoxqütblü sistem aradan qaldıra bilər”

!Reklam – Yazi

“Çoxqütblü sistem dünyadakı gərginliyi azalda, hərbi-siyasi sahədə riskləri aradan qaldıra bilər”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskva Beynəlxalq Təhlükəsizlik Konfransının iştirakçılarına və qonaqlarına müraciətində bildirib.

Onun sözlərinə görə, dünyanın müasir çoxqütblü sistemini möhkəmləndirmək lazımdır.

“Mövcud qlobal modelin benefisiarları hazırkı vəziyyətdən nə qədər möhkəm yapışsalar da, bu sistemin sonu çatıb – tarixi geosiyasi dəyişikliklər fərqli istiqamətdə inkişaf edəcək”, – Putin deyib.

“Onlar var gücləri ilə əllərindən çıxan hegemonluğu, hakimiyyəti saxlamağa çalışırlar. Ölkələrin və xalqların neomüstəmləkə nizamının məngənəsindən çıxmasına imkan vermək istəmirlər. Onların hegemonluğu bütün dünya, bütün sivilizasiya üçün staqnasiya, cəhalətpərəstlik, mədəniyyətin məhvi və neoliberal totalitarizm deməkdir”, – Putin bildirib.

Rusiya Prezidentinin fikrincə, kollektiv Qərb yeni hərbi alyanslar yaratmaqla məqsədyönlü şəkildə Avropanın təhlükəsizlik sistemini dağıdır: “Sözdə onlar bunu Avropada təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti ilə izah edirlər, əməldə isə bunun əksi baş verir”.

O, Rusiyanın ötən ilin dekabr ayında qarşılıqlı təhlükəsizliklə bağlı irəli sürdüyü təkliflərə etinasız yanaşıldığını vurğulayıb.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlanıldıqdan sonra Qərb Rusiyaya qarşı artıq bir neçə sanksiya paketi qəbul edib. Bu məhdudiyyətlər həm də dövlətin rəhbər şəxsləri, maliyyə və sənaye müəssisələri, həmçinin Rusiya Mərkəzi Bankının beynəlxalq rezervlərinin təxminən yarısına aid olub.

www.yenicag.az

194
Ads
www.veteninfo.com
!Reklam – Arxiv