Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putin dünyaya meydan oxuyur

kljlkjRusiya prezidenti Vladimir Putin Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, Rusiyanın region başçıları və vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşısında Krım və Sevostopolun Rusiya Federasiyasına qəbul olunması ilə bağlı çıxış edir.

V.Putin BMT və ABŞ-ın Kosova ilə bağlı qərarının Krım referendumu üçün president yaratdığını deyib. O, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Krıma daxil olmadığını və Rusiya yarımadadakı bazasında olan hərbçilərin sayının 25 mini ötmədiyini bildirib. “Biz Krımdakı hərbi qruplaşmanı gücləndirdik, amma müqavilədə nəzərdə tutulmuş son ştat sayını keçmədik”, – prezident əlavə edib.

Rusiya prezidenti Qərb partnyorlarının özlərini kobud, məsuliyyətsiz və qeyri-peşəkar apardığını bildirib. Putin vurğulayıb ki, Rusiya təmkinli siyasətini bu gün də davam etdirir. O, Qərbi isterikanı dayandırmağa, Rusiyanın milli maraqlarına hörmət etməyə çağırıb. Rusiya dövlət başçısı Krımdakı vəziyyətlə bağlı sərgilədiyi mövqeyə görə, Çinə minnətdarlığını ifadə edib.

Krım heç vaxt banderaçıların (Qərbi Ukraynanın milli qəhrəmanı Stepan Banderanın adından götürülüb, təhqiramiz ifadə kimi işlədilir) olmayacaq. Krım güclü və davamlı Rusiya suvereniteti altında olmalıdır.

musavat.com

Loading...

www.yenicag.az

430
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100