Putin-Ərdoğan görüşü ilə bağlı Kremldən AÇIQLAMA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş yaxın vaxtlarda baş tutacaq.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bunun dəqiq harada və nə vaxt keçiriləcəyini daha sonra açıqlayacağını bildirib:

“Görüş tezliklə baş tutacaq. Biz sizə vaxtı gələndə məlumat verəcəyik”.