Putin-Ərdoğan görüşünün tarixi bəlli oldu

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar sentyabrın 4-də Soçidə keçiriləcək.

Yenicag.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar bazar ertəsi keçiriləcək. Onlar Soçidə görüşəcəklər. Görüş günorta olacaq”, – deyə o əlavə edib.