Putin-Ərdoğan görüşünün vaxtı dəyişdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar sentyabrın 4-də keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı mənbələrinə istinadən yazıb.

Bildirilib ki, görüş Soçidə baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl 8 sentyabr tarixi səsləndirilirdi.