Putin: “Ərdoğan milli maraqlarına uyğun qərar verməlidir”

Rusiya preizdenti Vladimir Putin Türkiyə ilə əldə olunmuş razılaşma və Ərdoğan barədə danışıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin S-400 raket kompleksinin Türkiyənin müdafiə sisteminə böyük töhfə verəcəyini söyləyib. Həmçinin o əlavə edib ki, S-400-lər öz kateqoriyasında ən yaxşısıdır. Rusiya prezidenti sözügedən razılaşmanın NATO-Türkiyə münasibətlərinə təsir etməməli olduğunu bildirib:

“Türkiyənin seçmə hüququ var. Təbii ki, qiymət və keyfiyyət amillərini nəzərə alaraq milli maraqlarına uyğun qərar verməlidir. Cənab Ərdoğana təzyiq göstərməklə nəticə əldə etmək mümkün deyil. Əksinə bu, Ərdoğanı daha da cəsarətləndirir”.