Putin Ərdoğan üzərindən Avropaya mesaj verdi

Rusiyanın prezidenti Vladimir Putin Avropaya Türkiyə üzərindən mesaj yollayıb.

Yenicag.az xəbər verir ki, Putin Avstriya prezidenti Aleksandr van der Bellenlə görüşündən sonra mediaya açıqlama verib.

O, rus təbii qazını Avropaya daşıyacaq “Şimal Axını 2” layihəsi haqqında danışıb.

Putin çıxışı zamanı Avropaya Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan üzərindən mesaj verərək “Türklərlə çalışmaq avropalılarla çalışmaqdan daha yaxşıdı. Çünki Türkiyədə Ərdoğan bir qərar verir və ona uyğun işlər də davam edir. Ancaq Avropada isə 27 ölkənin bir-birilə də razılığa gəlməsini gözləməli olursan” deyə fikrini ifadə edib.

Bundan əlavə, Rusiya prezidenti layihəni sonuna qədər tamamlamaq niyyətində olduqlarını da bildirib.