!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Ərdoğandan üzr istəyib

!Reklam – Yazi

120041_res_01Rusiya prezidenti Vladimir Putinin rus təyyarələri Türkiyənin hava sahəsini pozduğu zaman Ərdoğana zəng edərək üzr istədiyi məlum olub.

Belə bir məlumatı Parisdəki İqlim Sammitində yüksək vəzifəli şəxslərdən biri açıqlayıb. Söhbət oktyabrın 3-4-ündə rus təyyarələrinin türk hava sahəsini pozduğu zamandan gedir. Həmin yüksək vəzifəli şəxs hələ keçən il ilk dəfə Samsunda 15 dəqiqə hava sərhədinin pozulduğunu, ikinci anoloji hadisənin oktyabrın 3-4-də yaşandığını deyib. İkinci olaydan sonra Putin Ərdoğana zəng edərək üzr istəyib.

Qeyd edək ki, sonuncu insident Türkiyə qırıcılarının rus təyyarəsini vurması ilə nəticələnib ki, bu da iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub. Rusiya hökuməti Türkiyəni üzr istəməyə və kompensasiya ödəməyə çağırsa da, qarşı tərəf bundan imtina edib. Ərdoğan “üzr istəməyəcəyik, hava sahəmizi pozanlar üzr istəsin” –deyə açıqlama verib.

Parisdə baş tutam İqlim Sammitində isə iki ölkə liderləri görüşməkdən imtina ediblər(Qafqazinfo).

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv