Putin Ərdoğanla danışdı

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin Ərdoğana ölkədəki vəziyyətlə bağlı məlumat verib.

Türkiyə lideri Rusiya rəhbərliyinin addımlarına tam dəstək verdiyini bildirib.