Rusiya müxalifətinin əsas siması sayılan Aleksey Navalnı başqa həbsxanaya keçirilib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Navalnı barəsində dələduzluq ittihamı ilə hökm çıxarıldıqdan sonra o. sərt rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd olunur ki, bu barədə məlumatı vəkil Olqa Mixaylova özünün “Twitter” hesabında paylaşıb:
“Bu Pokrov cəzaçəkmə müəssisəsində Navalnının vəkilinə bildirilib ki, o artıq orada saxlanılmır, sərt rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.
Lakin hansı müəssisəyə göndərildiyi açıqlanmayıb. Bu göndəriş Navalnı barəsində çıxarılmış hökmün qüvvəyə minməsi ilə bağlıdır”.
Navalnının mətbuat katibi Kira Yarmoş isə bildirib ki, onun yerinin dəyişdiriləcəyi haqda vəkillərinə və yaxınlarına məlumat verilməyib.