Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədə tabe qüvvələrin İdlibdə kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübutun olmadığını bildirib.
Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Le Figaro” nəşrinə müsahibəsində bildirib.
“Bizim məlumatımıza görə, Əsədin kimyəvi silahdan istifadə etməsinə dair heç bir sübut yoxdur. Biz əminik ki, o bunu etməyib”, – deyə Rusiya prezidenti bildirib.
“Suriya ordusunun kimyəvi silahdan istifadəsinə dair sübutsuz diskussiyalar dünya ictimaiyyətini sanksiyalar yolu ilə Əsədə təzyiqin davam etdirilməsinə zərurətin olmasına inandırmaq vasitəsidir”, – deyə Putin qeyd edib.