Rusiya xüsusi xidmət orqanları Vladimir Putinin müdafiəsini görünməmiş şəkildə gücləndirib.
Yenicag.az xəbər verir ki, bu barədə “The Moscow Times” məlumat yayıb.
Xüsusi xidmət orqanlarının tövsiyəsi ilə o, açıq hava tədbirləri zamanı gülləkeçirməz jilet geyinməyə başlayıb: “Putini ictimai tədbirlərdə şəxsən bir neçə dəfə görən məmurun sözlərinə görə, o, hələ 2023-cü ildə Federal Təhlükəsizlik Xidmətinin və Prezidentin Mühafizə Xidmətinin məsləhəti ilə gülləkeçirməz jilet geyinməyə başlayıb”./unikal