“Rusiya Ukraynaya qarşı hərbi əməliyyat başlatdıqdan sonra təhlükəsizliyi təmin etmək üçün bu addım atılmış ola bilər”
Bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin “özünütəcrid” etməsinin səbəbləri haqqında ehtimallarını bölüşən hərbi ekspert Telman Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, məsələ ilə bağlı üç ehtimal var:
“Ortaya atılan ilk ehtimal Putinin koronavirusdan qorunmaq üçün iştirakçılardan uzaq əyləşməsidir. Düzdür, COVİD-19 əvvəlki kimi güclü təsirə malik deyil, lakin Rusiyada hələ də xəstəliyin müxtəlif ştamları davam etməkdədir.
İkinci ehtimal isə sui-qəsddir. Rusiya Ukraynaya qarşı hərbi əməliyyat başlatdıqdan sonra təhlükəsizliyi təmin etmək üçün bu addım atılmış ola bilər.
Üçüncü ehtimal isə iştirakçıların qarşısına çıxan şəxsin Putin yox, onun oxşarının olmasıdır. Putinin olmadığının bilinməməsi üçün onu iştirakçılardan məsafəli saxlaya bilərlər.
Söylənilənlərin nə qədər gerçək, nə qədər yalan olması isə sual atlındadır”.
Nəsimi Ələsgərli