Putin ilə Tramp arasında telefon danışığı – Nəyi müzakirə etdilər?

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, liderlər ölkələr arasındakı ticarət münasibətlərini müzakirə ediblər.

Söhbət əsnasında həmçinin Tramp Putinə Sibiri cənginə alan meşə yanğınlarına qarşı mübarizədə kömək etməyi təklif edib.

Rusiya prezidenti Trampa belə diqqətli münasibət, kömək və dəstək təklifi üçün səmimi təşəkkürünü bildirib.

Putin, zərurət olduqda Trampın təklifindən faydalanacağını əlavə edib və Sibirdə yanğınlarla mübarizə üçün güclü bir hava qrupunun qurulduğunu bildirib.