Putin İlham Əliyevə zəng etdi

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.